Ərdoğan: “Gec ya tez Türkiyə prezident respublikası olacaq” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Gec ya tez Türkiyə prezident respublikası olacaq”

16:25 - 12 / 05 / 2016
Ərdoğan: “Gec ya tez Türkiyə prezident respublikası olacaq”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident idarəçilik formasını deəstəkləyən yeni konstitusiyanın qəbulunda israr edir.

Gec yaxud tez Türkiyədə yeni  Konstitusiya və prezident idarəetmə sistemi qüvvəyə minəcək”.

1news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu mayın 12-də Türkiyənin siyasi tarixi üzrə konfransda çıxışı zamanı prezident Ərdoğan bildirib.

Hazırda qüvvədə olan konstitusiyaya görə Türkiyə parlament respublikasıdır. Bunrada real hakimiyyət baş nazirin ixtiyarındadır.

Bununla yanaşı Türkiyə prezidenti yeni konstitusiyanın qəbuluna etiraz edən müxalifəti kəskin tənqid edib. “Prezident idarə formasının bərqərar olması qan tökülmədən mümkün olmayacaq” deyən siyasətçi həm xalqın iradəsinə, üzvü olduğu parlamentə və siyasi instituta xəyanət edir. Məgər indiyə qədər prezident idarəetmə sisteminə keçənlər bunun üçün qan töküb?”

Beləliklə, Ərdoğan bununla müxalifət nümayəndəsi CHP lideri Kemal Kılıcdar oğluna cavab verib. Qeyd edək ki, yaxın günlərdə o, ölkədə prezident idarəetmə üsulunun perspektivləti ilə bağlı kəskin fikir bildirib: “Orada daha əvvəl də siyasi pozğunluq əlamətləri var idi. İndi də həmin hal təkrarlanır. Vəziyyət belədir. Təəssüf edirəm ki, CHP partiyası belə məhdud dünya görüşlü insanların sərsəm bəyanatları ilə üz-üzə qalıb”.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər