İŞİD silahlıları İraqda futbol azarkeşlərinə hücum edib: 14 nəfər ölüb, 20 nəfər yaralanıb
İŞİD terrorçuları İraqın paytaxtı Bağdadda fəaliyyət göstərən “Real”ın azarkeş mərkəzinə hücum edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə bir qrup tərəfdarın mərkəzə toplaşaraq komandanın keçmiş oyunlarına baxdığı zaman baş verib.
İnsident zamanı məkanda 50-yə yaxın azarkeş olub. Hücum edənlərin sayı isə 3 nəfər olub. Terrorçular məkana daxil olaraq hər tərəfə yaylım atəşi açıblar.
Nəticədə, 14 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb.
1news.az
837