Ərdoğan sonuncu dəfə Davudoğlunu baş nazir olaraq qəbul edəcək | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan sonuncu dəfə Davudoğlunu baş nazir olaraq qəbul edəcək

16:32 - 18 / 05 / 2016
Ərdoğan sonuncu dəfə Davudoğlunu baş nazir olaraq qəbul edəcək

Mayın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin baş naziri Əhməd Davudoğlu ilə sonuncu vida görüşü keçiriləcək.

1news.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.

“Sabah hörmətli baş nazirimiz hörmətli prezidentimizlə son dəfə görüşəcək. Bu görüşdə bir sıra məsələlərlə yanaşı, eləcə də səlahiyyətlərin təhvil verilməsi də müzakirə olunacaq”, - İ.Qalın deyib.

Qeyd edək ki, Əhməd Davudoğlu 2014-cü ildə baş nazir vəzifəsinə təyin edilmişdi. Son zamanlar Ərdoğan və Davudoğlu arasında ölkənin prezident idarə üslununa keçidlə bağlı fikirayrılığı yaranmışdı.

Yeni baş nazirin adı AKP-nin mayın 22-də fövqəladə iclası zamanı açıqlanacaq.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər