Türkiyə parlamenti deputat toxunulmazlığını ləğv etmək istiqamətində növbəti addımı atıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə parlamenti deputat toxunulmazlığını ləğv etmək istiqamətində növbəti addımı atıb

13:00 - 18 / 05 / 2016
Türkiyə parlamenti deputat toxunulmazlığını ləğv etmək istiqamətində növbəti addımı atıb

Türkiyə Böyük Millət Məclisi ölkə konstitusiyasına 2 dəyişikliyi qəbul edib.

Qanun layihəsinə əsasən, parlament seçkilərindən əvvəl və ya sonra törətdiyi cinayətlərə görə parlamentin icazəsi olmadan deputatların tutulması, dindirilməsi, həbs olunması və hökm oxunmasını qadağan edən qanun layihəsi qüvvədən düşüb. Bu halda deputatların həbs olunması ilə bağlı prokurorluq sorğusu 15 gün ərzində məhkəmə istansiyasına göndəriləcək.

Gizli səsvermə nəticəsində deputatların əksəriyyəti dəyişikliyin qəbuluna səs verdi. Bu birbaşa olaraq Türkiyə rəhbərliyi tərəfində Kürdüstan İşçi Partiyası ilə əlaqəsi olan və onlar tərəfindən dəstəklənən  Xalqların Kürdyönlü Demokratik Partiyanın deputatlarına təsir edəcək.

Maraqlıdır ki, toplantıda Türkiyənin baş naziri hakim Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu da iştirak edib. O, zala daxil olarkən buradakı nazirlər və deputatlar tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı,  Davudoğlu baş nazir kreslosuna oturmayaraq , AKP parlament fraksiyasının üzvü olan deputatlarla eyni sırada əyləşib.

Konstitusiya qanununun yeni variantının mayın 20-də parlament tərəfindən  təsdiq olunacağı gözlənilir.

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər