Ankaradakı xəstəxanalardan birində güclü yanğın baş verib | 1news.az | Xəbərlər
Dünya

Ankaradakı xəstəxanalardan birində güclü yanğın baş verib

17:56 - 19 / 05 / 2016
Ankaradakı xəstəxanalardan birində güclü yanğın baş verib

Ankarada “Numune” tədris və tədqiqat xəstəxanasında güclü yanğın baş verib.

1news.az-ın Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, xəstəxananın “B” blokunun çardağında şiddətlənən alovun söndürülməsi üçün əraziyə çox sayda yanğınsöndürən cəlb olunub.

Yüzdən artıq xəstənin başqa bloklara köçürüldüyü bildirilir. Hələlik yanığının baş vermə səbəbi açıqlanmır.

İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər