Türkiyədə partlayış baş verib: 3 nəfər həlak olub, 9 nəfər yaralanıb
Türkiyənin Mardin əyalətində jandarma postu qarşısında minalanmış avtompbilin partlaması nəticəsində ən azı üç nəfər həlak olub, doqquz nəfər isə yaralanıb.
1news.az-ın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, həlak olanlar arasında 1 hərbçi və 2 mühafizəçi olub.
Hadisə ilə bağlı PKK üzvləri şübhəli bilinir. Ərazidə fövqəladə vəziyyət elan olunub və kürd yaraqlılarının zərəzsizləşdirilməsi işləri aparılır.
Türkiyədə 2015-ci ilin iyulundan kürd yaraqlıları ilə RPK arasında hərbi münaqişə zamanı 480 hərbçi və polis həlak olub. Türkiyənin Baş Qərargahı bu müddət ərzində 5 min kürd yaraqlısının məhv edildiyini məlumat verib. Lakin kürdyönümlü Xalqların Demokrat Partiyasının nümayəndələri bəyan edib ki, antiterror əməliyyatları zamanı minlərlə dinc sakin həlak olub.
1news.az