Komitə sədri Yardımlıda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Komitə sədri Yardımlıda vətəndaşları qəbul edib

12:26 - 26 / 05 / 2016
Komitə sədri Yardımlıda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 26-da Yardımlıda növbəti vətəndaş qəbulu keçirib.

Komitədən 1news.az-a verilən məlumata görə, Komitə sədri Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar  rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. 

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid müraciətlərini çatdırıblar. Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması  ilə bağlı olub.

Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub.

Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə məmnunluğun və çevikliyin artırılması məqsədilə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Mütəmadi olaraq “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin, daşınmaz əmlakın və torpaq sahələrinin qeydiyyatı və idarəçiliyi ilə bağlı “bir pəncərə” sisteminin tətbiq edildiyini və vətəndaşlara təmənnasız olaraq maarifləndirmə tədbirləri olan hüquqi məsləhət xidmətlərinin göstərildiyini vurğulayıb.

Torpaq idarəçiliyi və uçotu barədə məsələlər barədə məlumat verilib. Müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi vurğulanıb. Dövlət başçısı tərəfindən imzalanmış müvafiq Fərmana əsasən Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılması barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu aparmaq, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir.

Qəbul günü birbaşa müraciət edən vətəndaşların da komitə sədri tərəfindən müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

1news.az

 

Paylaş:
540

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər