Məhlənizdə “Səba” ət və süd dükanı var? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhlənizdə “Səba” ət və süd dükanı var? - FOTO

17:05 - 27 / 05 / 2016
Məhlənizdə “Səba” ət və süd dükanı var? - FOTO

“Səba” öz istehsalı olan təzə ət və süd məhsullarını istehlakçıya birbaşa çatdırmaq üçün öz dükanlar şəbəkəsini yaradır. Artıq Abşeron yarımadasında (Bakı, Abşeron rayonu, Sumqayıt) mağazaların sayı 48 olduqdan sonra şirkət bu barədə rəsmi məlumat verməyi qərara alıb.

Şirkətin media ilə əlaqələr xidmətindən verilən məlumata görə, ilin sonunadək bu marketlərin sayı 2 dəfə artırılacaq. Şüarı “Təbiətdən mətbəxə” olan “Səba” öz dükanları ilə məhsulunu gündəlik və təzə olaraq müştərinin mətbəxinə birbaşa çatdırmaq missiyasını yerinə yetirəcək.

Peşəkar satış təlimləri keçmiş qadın satıcıların çalışdığı kiçik “Səba” ət-süd dükanlarının konsepsiyası “Hər zaman əl altında olan doğma məhlə dükanı”dır. Hər səhər təzə toyuq əti, tikələri, içalat, eləcə də “Səba”-nın kəsmik, xama kimi məhsulları ilə təmin olunan dükanlar “az-az, təzə-təzə” prinsipi ilə alış-veriş edən ailələrə ünvanlanıb. Hər günün sonunda dükanın vitrinləri boşaldılır və səhəri gün yeni məhsullarla təmin edilir.

“Şirkətin kəsimxanalarında gecə kəsilmiş quşların əti səhər tezdən - 6 saatı keçmədən “Səba” ət və süd dükanlarında alıcılara çatdırılır. Bu vaxt limiti təzə emal olunmuş süd və süd məhsullarına da aiddir. Məqsədimiz məhsulun soyuq saxlanma həddinə enmədən ehtiyac duymadan istehlakçıya çatdırılmasıdır” – “Səba”-nın Media ilə əlaqələr xidmətindən belə bildirilib.

“Səba” hazırda Azərbaycanın dövlət halal standartına malik yeganə toyuq əti istehsalçısıdır. Azərbaycanın ən iri kənd təsərrüfatı şirkətlərindən olan “Səba”-nın istehsal etdiyi toyuqlar ve emal etdiyi süd Ağcabədi, Beyləqan, Ağsu və Kürdəmir rayonlarındakı 7 min hektar sahəsi olan tarlalarda becərilən qarğıdalı, buğda, soya və digər dənli bitkilərlə bəslənir.

Paylaş:
3024

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər