İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib

17:44 - 27 / 05 / 2016
İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransanın Kann şəhərinin meri Devid Lisnardı qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Fransa şəhərləri ilə Azərbaycan şəhərləri arasında çox sıx əlaqələrin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Fransanın və Azərbaycanın 10-dan artıq şəhərinin qardaşlaşdığını və bu şəhərlər arasında yaxşı təmasların yaradıldığını məmnunluqla qeyd etdi.

Ölkələrimiz arasında əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını dedi. Kannın Fransanın gözəl memarlığa və infrastruktura malik şəhərlərindən biri olduğunu qeyd edən Prezident İlham Əliyev qonağın ölkəmizdə də maraqlı yerlərlə tanış olacağını əminliklə qeyd etdi. Dövlətimizin başçısı Fransanın Kann şəhərinin meri Devid Lisnardın ölkəmizlə və şəhərimizlə yaxından tanış olması üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Kann şəhərinin meri Devid Lisnard bildirdi ki, Azərbaycana səfərinin məqsədi Fransanın Kann şəhəri ilə Qəbələ şəhəri arasında əməkdaşlığı genişləndirməkdir. Devid Lisnard Kannın kiçik bir şəhər olduğunu, lakin dünyada tanındığını vurğuladı. O, Azərbaycanın öz inkişafını möhkəm zəmində formalaşdırmasının və öz mədəniyyətini dünyada təşviq etməsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
682

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər