Polad Bülbüloğlu: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz" | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz"

23:18 - 28 / 05 / 2016
Polad Bülbüloğlu: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz"

"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz".

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya paytaxtında Azərbaycanın 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda sabitliyə və sülhə təhlükə yaradan əsas faktor Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılmasının davam etdirilməsidir: "Ölkəmizin ərazilərinin işğalı, Ermənistan silahlı qüvvələrinin şərtsiz olaraq ərazilərimizdən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi regionda və ümumilikdə ATƏT məkanında sülhə və sabitliyə təhlükə yaradan əsas faktordur. Aprel ayında münaqişə zonasında baş verən qarşıdurmalar bunu bir daha təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatının qarşısını şərəflə aldılar. Ermənistan mülki əhalini və mülki obyektləri iriçaplı silahlardan atəşə tutmuşdu. Onlar iriçaplı silahlarla yanaşı ağ fosforlu bombadan da mülki əhalimizə qarşı istifadə ediblər.

Azərbaycan özünün coğrafi yerləşməsi və iqtisadi potensialı sayəsində Şərq-qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bağlayıcı həlqəsində vacib rol oynayır. Bu istiqamətdə Rusiyanın iştirakı ilə üçtərəfli əməkdaşlıq perspektiv formatları aktiv inkişaf edir. Azərbaycan Qafqaz və Xəzər regionunun gələcək inkişafına böyük töhfə verməyi, bu regionda sülhə və sabitliyi təmin etməyi qarşısına məqsəd qoyub. Lakin əməkdaşlıq potensialının tam inkişafı üçün olan maneə olan faktorları aradan götürmək lazımdır".

Səfir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq vasitəçiliklə danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib: "Ona görə də, biz dünya ictimaiyyətinin üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi və ərazilərinin işğaldan azad olunması barədə prinsipial mövqeyinə ümid bəsləyirik. Burada sözsüz ki, xüsusi rol BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi və Cənubi Qafqazla coğrafi və tarixi sıx bağlı olan, Azərbaycanla sıx əlaqəli ölkə kimi Rusiyaya məxsusdur. Bu tədbirdə Rusiya xarici işlər nazirinin müavininin, xarici ölkələrin səfirlərinin olmasından istifadə edib bir daha bəyan etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışıqların mövzusu ola bilməz".

Paylaş:
462

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər