Xızıda baş verən yol qəzasında ölən daha bir nəfərin şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda baş verən yol qəzasında ölən daha bir nəfərin şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

01:05 - 30 / 05 / 2016
Xızıda baş verən yol qəzasında ölən daha bir nəfərin şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Mayın 29-da Xızıda baş verən yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib.

APA-nın şimal bürosunun məlumatına görə, həmin şəxs Sərxan Abdullayevdir.

Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

29.05.2016 22:40

Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

Ağır vəziyyətdə xəstəxanaya  yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

22:40

Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il təvəllüdlü Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarıdır.

***

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Məlumat verildiyi kimi, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər