Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışı olub - FOTO

11:13 - 30 / 05 / 2016
Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışı olub - FOTO

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib.

1news.az

 

Paylaş:
1195

Son xəbərlər

Bütün xəbərlər