Bakıxanovda yerləşən evsiz itlər üçün sığınacağın təcili köməyə ehtiyacı var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıxanovda yerləşən evsiz itlər üçün sığınacağın təcili köməyə ehtiyacı var – FOTO

12:55 - 30 / 05 / 2016
Bakıxanovda yerləşən evsiz itlər üçün sığınacağın təcili köməyə ehtiyacı var – FOTO

Evsiz itlərin problemi cəmiyyətin başlıca problemlərindən biri olaraq qalmaqda davam edir.

Dövlət sığınacağının olmaması heyvan müdafiəçilərini xeyirxah insanların ianəsi hesabına saxlanılan qeyri-rəsmi, şəxsi sığınacaqlar yaratmağa sövq edir.

Belə sığınacaqlardan biri Bakıxanov qəsəbəsində yerləşən və könüllülərin dəstəyi ilə 100-ə yaxın evsiz itin saxlanıldığı “Sobakenı Razina” adlı sığınacaqdır. Burada maşın tərəfindən vurulan və sonradan könüllülər tərəfindən sağaldılan, yeni balaları olan, qəfəslərdə saxlanılmış, eləcə də sahibləri tərəfindən atılmış itlər himayə olunur.

Könüllülərdən ibarət qrup onların himayəsində olan itləri yedizdirməklə yanaşı, onları müalicə edir, qayğısına qalır. Onlar itlər üçün böyük  meydança, onnu yanında isə heyvanların balaları üçün kiçik dam tikiblər. Lakin təəssüf ki, burada  itlər üçün yaradılan şəait elə də ürəkaçan deyil.

Mətbəx yoxdur, itlərə baxan şəxs onların yeməklərini primitiv üsulla hazırlanan ocaqda bişirir. İtlərir yuyundurmaq üçün yer yoxdur. Xəstə itlər üçün ayrıca bölmə də olmadığından sağlam və xəstə itlər bir yerdə qalırlar, nəticədə güclü itlər zəifləri dişləyirlər.

“Bizim sayımız həddindən artıq azdır. Bizim maddi imkanlarımız çox aşağı səviyyədədir. Üstəlik itlərə qulluq etmək üçün kifayət qədər vaxt tapa bilmirik. Çünki bütün könüllülərin ailəsi var. Bunlara baxmayaraq əlimizdən gəldiyi qədər itlərə qayğı göstərməyə çalışırıq ”- deyə, sığınacağın kuratorlarından və könüllülərindən olan Gülşən Məhərrəmova deyir.

2015-ci iln dekabr ayında onlar daha bir problemlə qarşılaşdılar. Mənzil-İstismar Sahəsinin işçiləri onları ərazilərindən çıxartmaq istədilər. Buna görə də könüllülər kömək üçün mətbuata, telekanallara müraciət etdilər. Bu, öz bəhrəsini verdi və könüllülərə 6 ay möhlət verildi. Nəticədə itlər qışı sakit halda sığıanacaqda keçirə bildirlər.

“Lakin iyun ayında bizə verilən möhlətin müddəti başa çatacaq və biz sığınacağın ərazisini tərk etməliyik. Nəzərə alsaq ki, bizim heç bir sponsorumuz yoxdur və adi insanların yardımları hesabına fəaliyyət göstəririk cəmi 3 min dollar və 200 avro vəsait yığa bilmişik. Təbii ki, biz bu pula torpaq ala bilmərik. İndiki yerimizdə isə mümkün deyil”- deyə, G.Məhərrəmova bildirib.

Hazırda sığınacaq yaşayış ərazisində yerləşir ki, bu da qonşuları narazı salır. Bundan əlavə sığınacağın ərazisində tikinti getdiyindən qapılar açıq qalır və nəticədə itlər qaçırlar, könüllülər isə onları Bakıxanovun küçələrdən tutaraq yenidən sığınacağa qaytarmalı olurlar.

“Biz ümidsiz vəziyyətdəyik.  Təcili olaraq buranı tərk edib sənaye zonasına getməliyik. Lakin maddi imkanımızın olmaması buna imkan vermir. Əgər dövlət bizə torpaq sahəsi ayırsaydı, bu, bizim sonrakı fəaliyyətimizi xeyli yüngülləşdirərdi”- deyə, G.Məhərrəmova əlavə edir.

Sonda qeyd etmək istəyərdik ki, evsiz heyvanların taleyinə biganə qalmayan, öz dəyərli vaxtlarını, əsəblərini, pullarını onlar üçün yaşayış şəraitinin yaradılmasına sərf edən insanların fədakarlığı  həqiqətən də təqdirəlayiqdir.

Ona görə də ürəkdən inanmaq istəyirik ki, tezliklə problemin həlli tapılacaq və 100-ə yaxın it qidasız, qayğısız qalaraq yenidən küçələrə atılmayacaq.

Leyla Məmmədova

 

Paylaş:
1841

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər