Canavarlar İsmayıllı sakininə hücum ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Canavarlar İsmayıllı sakininə hücum ediblər

14:51 - 31 / 05 / 2016
Canavarlar İsmayıllı sakininə hücum ediblər

İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.

S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb.

Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.

S.Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

1news.az

 

Paylaş:
1085

Son xəbərlər

Bütün xəbərlər