Binəli Yıldırım: “Bakıda enerji dəhlizlərinin inkişafını müzakirə edəcəyik”
Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin rəhbəri olaraq Bakıya ilk səfərinə hazırlaşır.
1news.az-ın Türkiyə KİV-inə istinadla verdiyi xəbərə görə, Ədalət və İnkişaf Partiyasının regional təşkilatları qarşısında çıxış edən Yıldırım qeyd edib ki, Bakıya səfəri zamanı enerji dəhlizləri və ikitərəfli münasibətlərin inkişafı müzakirə ediləcək.
Qeyd edək ki, Türkiyənin rəhbərlik nümayəndələrinin ənənələrinə əsasən ilk səfərlər Lefkoşa və Bakıya edilir.
Azərbaycan ilə Türkiyə regionun inkişafına istiqamətlənmiş bir sıra meqalayihələrin inkişaf və rifah təşəbbüskarlarıdır. Əsasəsən də bunlar – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələridir.
1news.az
1219