Fəridə İbrahimova: “Vağzalı” səsini eşidəndə gözlərim yaşardı...” - FOTO
1news.az Kiyevi fəth edən azərbaycanlı gözəl, “Miss Ukrayna” yarışının vitse-gözəli Fəridə İbrahimova ilə müsahibəni təqdim edir.
- Səni Rəşad Nuri Güntəkinin “Çalı quşu” romanının qəhrəmanı şərəfinə adlandırıblar?
- Çox insan belə düşünür və məndən soruşur ki, “Fəridə,bəs Kamranın hardadır?”( Gülür) Lakin adımın nə romana, nə də məşhur seriala aidiyyatı yoxdur. Valideynlərim mənə bu adı vermək qərarına gəlib. Adımın mənası ərəb dilindən tərcümədə “mirvari” deməkdir.
- “ Miss Ukrayna- 2015” yarışında iştirak edəndən sonra sənin adını hər kəs bilir. Bu yarışa getməyə necə qərar verdin?
- Yarışda iştirak etmək üçün müraciət etməmişdim. Cünki məndə elə bir fikir var idi ki, belə yarışlarda hər şeyi pul həll edir; müsabiqə təşkilatçıları məni kastinqə dəvət etdilər, bu mərhələni uğurla keçdim. Daha sonra isə hadisələrin davamı oldu – mən vitse- miss oldum.
- Adın elan olunanda hansı hissləri keçirdin?
- Özüm- özümə deyirdim ki “bu necə ola bilər azərbaycanlı qız Ukraynada qalib gəldi!? Bu ola bilməz!” buna bənzər düşüncələrim oldu. Lakin əvvəldən deyim ki, müsabiqəyə qalibiyyət üçün getmişdim –yarış ruhunu hiss etmək, burada iştirak maraqlı idi. Bu həyatımdakı ilk belə müsabiqə deyildi.
Məsələ onda deyil ki, mən özümə əmin idi. Sadəcə əvvəl də dediyim kimi məndə, yaxud elə başqa insanlarda bu yarışlar haqqında elə stereo tip formalaşıb ki, burada hər şey əvvəlcədən müəyyənləşib.
- “Miss Ukrayna” yarışında titul almağı mümkün hesab edirdinmi?
- Bəli. Cünki mən Ukrayna vətəndaşıyam. Bu yarışda əsas tələb iştirakçıların ukrayna vətəndaşı olmasıdır. Milliyəti nəzərə alınmırdı. Lakin sosial şəbəkə istifadəçilərinin şərhlərindən görürdüm ki, bu məsələ onları narahat edir, elə düşünənlər var idi ki, mənə titul verməzlər.
- Vitse –miss olandan sonra dəyişdinmi?
- Şəxsən özüm dəyişmədim amma həyatım yaxşı tərəfə doğru dəyişdi. Çəkiliş üçün xarici ölkələrə səfər etməyə, daha çox pul qazanmağa başladım. İnsan olaraq şöhrət və tanınma məni zərrə qədər dəyişmədi.
- Şöhrətin dadı necədir?
-Xoşdur . (gülümsəyir) Mən sevinirəm ki, bir çox qızlar üçün nümunə oldum . Onlar da özünü bu sahədə sınamaq istəyir, amma nədənsə cürət etmirlər. “Miss Ukrayna” yarışında iştirak edən başqa iştirakçıların mənə müraciət etməsinə çox sevinirəm.
Lakin şöhrətin belə bir tərəfi də var ki, hər zaman insanların diqqət mərkəzində olursan. Kim olduğunu unutmaq olmaz, özünü müəyyən çərçivədə tutmağa məcbur olursan.
- Azərbaycandakı sosial şəbəkə istifadəçiləri bir neçə dəfə xatırladıb ki, məhz səni beynəlxalq yarışlarda Azərbaycanın təmsilçisi kimi görmək istəyirlər. Nə düşünürsən bununla bağlı?
-Əlbəttə mən buna qarşı deyiləm, razıyam. Əgər mənim ukrayna vətəndaşlığım Azərbaycanı xaricdə təmsil etmək üçün problem yaratmırsa, mən istənilən vaxt yarışlara getməyə, sevdiyim ölkə uğrunda mübarizə aparmağa hazıram.
- Azərbaycan sənin üçün nə ifadə edir?
- Bu mənim vətənimdir. Mənim hər şeyimdir. Bunu sözlə ifadə etmək mümkün deyil, heç belə sözlər də yoxdur. Ukrayna mənim ikinci vətənimdir, Azərbaycan isə hər zaman mənim qəlbimdədir. Bakı gələndə elə bir hiss yaranır ki, sanki heç buranı tərk etməmişəm. Halbuki Ukraynaya 8 yaşımda gəlmişəm, 16 ildir ki, burada yaşayıram.
Ən çox içəri şəhərdə azadlıq və rahatlıq hiss edirəm. İçərişəhər nağıl kimidir, buranın atmosferi çox sirayətedicidir. Dostlarla İçərişəhərdə milli yeməklər olan restoranda olduq, bizim sifariş etdiyimiz şah plovu “vağzalı” sədaları altında gətirdilər . Bu məni çox həyəcanlandırdı və gözlərim yaşardı. Son dəfə 8 yaşım olanda “vağzalı” səsi eşitmişdim...
- Əgər söhbət vağzalıdan düşdüsə, şəxsi həyat məsələsinə toxunaq. Fəridənin qəlbində nə baş verir?
- Qəlbim indi boşdur. İndi məndə ilk planda karyeradır. Qalan hər şey ikinci dərəcəlidir. Mən məqsədyönlü insanam. Hal-hazırda mənim əsas hədəfim model biznesində uğur qazanmaqdır, həm də bunun bu təkcə Ukraynada deyil, xaricdə də olmasını arzu edirəm.
Mən dünya şöhrəti qazanamaq istəyirəm. Boyumun 1.70 olması podiumlara yolumu bağladı. Lakin buna baxmayaraq fotomodel kimi çalışırdım. Vitse- miss titulu aldıqdan sonra isə əvvəl bağlı olan qapılar da açıldı.
Əlbəttə bütün xanımlar kimi mən də zamanı gəldikdə ailə quracağam. Lakin hələ ki, həmin vaxt yetişməyib. Anlayıram ki, ailə mənim sərbəstliyimə mane olacaq. Ən çox bu iş həyatında özünü göstərəcək. Çəkilişlər üçün uzun müddətli xaricə səfər edə bilməyəcəyəm. Lakin nə bilmək olar . hər şey həyat yoldaşımın kim olacağı, karyeramı dəstəkləyib dəstəkləmədiyindən asılıdır.
- Bəs o insanın ümumi obrazını necə canlandırardın?
- Bu haqda heç vaxt düşünməmişəm. Lakin ağ atlı şahzadə olacağı da heç ağlıma gəlməyib. Bu həyatdır taleyimiz necə olacağı öncədən bilmək, hər hansı obrazı düşünmək olmur. Bu deyilmiş fikir olsa da mənim üçün insanın qəlbi əsasdır. Mən insanın qəlbini sevəcəyəm görüşünü deyil. Ona görə də həyatımı bağlayacağım insanın hündürboylu, idman görünüşlü, yaraşıqlı olması gərəkdiyi məsələsi mənim üçün stereotipdir.
- Bəs gözəl insanların çox zaman axmaq olması ilə bağlı stereotipə münasibətin necədir?
- Bu fərdi məsələdir, ona görə də hər kəsin yerinə danışa bilmərəm. Mən “Alman dili və ədəbiyyatı” ixtisası üzrə ali təhsil almışam. Alman dilini bilməyim Avropa səfərlər zamanı mənə çox yardım edir.
İnsanın görünüşünə əsasən ağıllı, ya axmaq olduğuna qərar vermək olmaz. Ümumiyyətlə mən stereotiplərdən uzağam və mənə çox xoşdur ki, insanlarla ünsiyyət zamanı onlar ilk növbədə mənim ağıllı olduğumu vurğulayır.
- Lakin razılaşmalısan ki, gözəl insanlar daha rahat yaşayır.
- Yenə də bu fərdi məqamdır. Lakin “yaşamaq asandır” dedikdə, onu xatırladım ki, titul alandan sonra mənə hədiyyə olaraq bağışlanan karta əsasən Kiyevin ən bahalı restoran, klub, gözəllik salonlarına getmək imkanı əldə etdim. Lakin bu söhrətin və uğurun maddi tərəfidir. Pulu hər zaman qazanmaq olar, başqa yöndən baxanda isə gözəl şəxslər də həyatda hamı kimi problemlər, uğursuzluq, ayrılıq və s. yaşayır.
Xarici olaraq göəl olub olmadığın vacib deyil. Əsas məsələ hər zaman insan olaraq qalmaqdır. Əgər sizin əvvəldən ağlınız başınızdadırsa, heç bir şöhrət və uğur onu dağıda bilməz. İnsan kimi yüksək keyfiyyətlərə sahib olanlar üçün yaşamaq daha asandır. Bu xarici amillərlə bağlı deyil.
- Ukraynanın sənə verdiyi ən əsas nə oldu?
- Düşünürəm ki, sərbəstlikdir. Mən sərbəst şəkildə öz fikrimi ifadə edib onu hər kəsə çardıra bilirəm.Bunun dəyəri yüksəkdir.
- Azərbaycanda model kimi karyeranı davam etdirmək haqda düşünürsənmi?
Ola bilər. Bu haqda düşünmüşəm. Lakin hələ ki, “Miss Ukrayna” mesabiqəsi ilə müqaviləm var. BU gün daha əvvəl də dediyim ki, mənə ən vacib olan xaricdə qəbul olunmağım və çalışmağımdır. İndi ən çox can atdığım məsələ budur.
Hətta Bakıdan uzaqda olsam da, mən şüuraltı olaraq doğma vətənim Azərbaycanla bağlıyam. Valideyinlərimə təşəkkür edirəm. Nə yaxşı ki, hər zaman mənə Azərbaycan sevgisini aşılayıblar. Ailəmizlə birlikdə hər zaman “Muğam gecələrini işlədiyimi xatırlayıram. Mən uşaqlıqdan bir çox Azərbaycan mahnılarını öyrənmişəm nə mədəniyyətimizin belə zəngil olması ilə fəxr edirəm.
“Novruz” bayramının şirniyyat və səməni ilə ənənəvi qeyd olunması – bu mənim üçün müqəddəsdir. Harada olmağımdan asılı olmayaraq mən həmişə ailəmin yanına gəlirəm və birlikdə bayramı qeyd edirik. Bu mənim ən sevdiyim bayramdır. Onunla bağlı istisnasız olaraq xoş parlaq emosyalarım var və onlar ildən ilə daha da artır. Azərbaycanı bütün qəlbimlə sevirəm bura gələndə hiss edirəm ki, o da mənə qarşılıqlı olaraq cavabn verir.
1news.az