Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib - FOTO

16:54 - 06 / 06 / 2016
Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib - FOTO

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib.

1news.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət sektorunun idarə edilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihənin ekspertləri layihə haqqında Dövlət Komitəsinin nümayəndələrinə geniş məlumat veriblər.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədovanın iştirak etdiyi görüşdə qonaqlara Dövlət Komitəsinin müvafiq şöbələrinin fəaliyyəti və funksiyaları, həmçinin Komitə tərəfindən həyata keçirilən tədbirlər barədə dolğun informasiya verilib. Qeyd edilib ki, Dövlət Komitəsi ölkədə vicdan azadlığının təmin edilməsi, dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi, dini qurumların fəaliyyətinin dəstəklənməsi, multikultural və tolerant dəyərlərin təbliği və təşviqi, habelə dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirir. Eyni zamanda qeyd olunan məsələlərdə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və dini konfessiyalarla yaxından əməkdaşlıq edir.

Layihənin yerli koordinatoru Alessandro Biançi ölkəmizdəki tolerant mühiti yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu bildirib.

Qonaqlar səmimi görüşə görə təşəkkürlərini bildiriblər.

1news.az

 

Paylaş:
663

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər