Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

10:21 - 07 / 06 / 2016
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

ATƏT sabah qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Azərbaycan Respublikası Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Jiri Aberle keçirəcəklər.

1news.az

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər