Azərbaycan səfirindən ermənipərəst jurnalistin təxribatçı yazısına tutarlı cavab | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfirindən ermənipərəst jurnalistin təxribatçı yazısına tutarlı cavab

16:36 - 08 / 06 / 2016
Azərbaycan səfirindən ermənipərəst jurnalistin təxribatçı yazısına tutarlı cavab

İtaliyanın “La Stampa” qəzetində jurnalist-fotoqraf Roberto Travanın “Dağlıq Qarabağ, sülh gözləyə bilər” adlı qərəzli və iftira xarakterli məqaləsinə cavab olaraq həmin mətbuat orqanında ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc edilib.

1news.az-a səfirlikdən verilən xəbərə görə, səfirin cavab məktubunda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanındığı, 20 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal altında saxladığı, Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, işğal olunmuş ərazilərimizdə Ermənistanın özü tərəfindən də belə tanınmamış qeyri-qanuni rejimin yaradıldığı qeyd olunur.

Aprelin 2-də təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair dəlillərin olduğunu vurğulayan M.Əhmədzadə Azərbaycan tərəfindən mülki əhali arasında baş vermiş itkilər və mülki obyektlərə dəymiş ziyan, Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA terrorçu təşkilatının üzvlərinin döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid edilməsi faktlarına Travanın öz məqaləsində yer verməməsini qınayıb.

Səfir bildirib ki, Ermənistan mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirməkdədir və Travanın müəllifi olduğu məqalə də həmin kampaniyanın bir hissəsidir. Bu kimi məqalələrdə Ermənistanın Azərbaycan ərazilərini hərbi cəhətdən işğal etməsi və öz hərbi qüvvələrini həmin ərazilərdə saxlaması faktının bölgədə gərginliyin əsas mənbəyi olduğu gizlədilir. M.Əhmədzadə dini amilin münaqişəyə heç bir aidiyyətinin olmadığını vurğulayıb, habelə əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yerinə yetirilməmiş qalır.

Qəzetdə Azərbaycan diplomatının cavab məktubunun dərc edilməsi R.Travanı hiddətləndirib və o, cavab replikası ilə öz mövqeyinə gülünc arqumentlərlə haqq qazandırmağa cəhd göstərməklə yanaşı, əsassız iddialarla yenidən erməni tərəfinin müdafiəsinə qalxıb. Bu dəfə də M.Əhmədzadə qəzetin redaksiyasına növbəti məktub göndərərək Travanın təxribatçı və iftira dolu fikirlərinə münasibətini bildirib və əlavə edib ki, jurnalistin fikir azadlığının müdafiəçisi olduğu halda qarşı tərəfin fikirlərinə dözümsüz yanaşması təəccüb doğurur.

Xatırladaq ki, ermənipərəst mövqeyi ilə tanınan R.Travanın adı 2015-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.

1news.az

Paylaş:
418

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər