Ülvi Bacarani “Master Open” turnirinə qatılıb
“Voronej-2016” 20-ci beynəlxalq Alyohin memorialının şahmat festivalının əsas turniri olan “Master Open”ə start verilib. Bu dəfə turnirdə 10 ölkədən 123 iştirakçı, o cümlədən 27 qrossmeyster və 26 beynəlxalq usta bir araya gəlib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançıları 6 hissədən ibarət olacaq ənənəvi proqram gözləyir: “Fişer şahmatı”, sürətli şahmat, blits-turnir və iki başlıca turnir – “Fide-oupen” və “Master oupen”. Əlil idmançılar da ayrıca yarışmada mübarizə aparacaq.
Turnirin iştirakçıları arasında Azərbaycan şahmatçısı Ülvi Bacarani də var.
Alyoxin Memorialının “Master Open” yarışının ilk turunun partiyaları oynanıb. İlk turda Ülvi Bacarani rusiyalı şahmatçı ilə sülh bağlayıb. İkinci turda o, Hindistanı təmsil edən Kalyan Arcunla qarşılaşacaq.
Turnir istirahətsiz 9 gün davam edəcək və iyunun 20-də başa çatacaq.
1news.az