“Qarabağ” “Zenit”lə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Zenit”lə qarşılaşacaq

11:05 - 14 / 06 / 2016
“Qarabağ” “Zenit”lə qarşılaşacaq

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək “Qarabağ”ın  keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi  “Rostov”la qarşılaşmalı olsa da, oyun planında dəyişiklik olub.

Belə ki, ölkə çempionu iyunun 28-də 4 qat Rusiya çempionu “Zenit”lə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın ilk rəqibi yerli “Vakker” klubudur. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.

1news.az

 

Paylaş:
1095

Son xəbərlər

Bütün xəbərlər