Səməd Seyidov AŞPA-nın Türkiyə ilə bağlı mövqeyini tənqid edib | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov AŞPA-nın Türkiyə ilə bağlı mövqeyini tənqid edib

16:16 - 22 / 06 / 2016
Səməd Seyidov AŞPA-nın Türkiyə ilə bağlı mövqeyini tənqid edib

İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının səhər sessiyasında Türkiyə ilə bağlı məruzə ətrafında müzakirələr aparılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək Türkiyədəki vəziyyətdən danışıb.

O, Türkiyədə demokratik təsisatların funksiyasından bəhs edən məruzənin əsas məqamlarına toxunaraq verilən tövsiyələrə, qiymətləndirməyə və digər məsələlərə görə məruzəçiyə təşəkkür edib.

Səməd Seyidov bu gün mövcud vəziyyət çərçivəsində Türkiyənin mümkün olan bütün imkanlardan istifadə edərək əlindən gələni etdiyini bildirib. O, Türkiyənin təkcə Suriya və regionun digər ölkələrindən gələn qaçqın və miqrantlara 10 milyard dollar xərclədiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri müxtəlif şəhərlərində və bölgələrində terror aktları, partlayışlar ilə üzləşən Türkiyədəki bu mürəkkəb vəziyyətin heç bir Avropa ölkəsində olmadığını, olsa belə həmin ölkələrdə demokratik təsisatların fəaliyyətini bu gün Türkiyədəki səviyyədə təmin etməyin mümkün olmayacağını diqqətə çatdırıb.

Səməd Seyidov deyib ki, məruzədə Türkiyəyə yenidən monitorinq prosedurları tətbiq etməyin lazım olduğu bildirilir. Bu gün Türkiyəyə sanksiya tətbiq etmək yox, ona kömək etmək lazımdır. Türkiyənin terrorizmə qarşı apardığı mübarizə təkcə özü üçün deyil, həmçinin Avropa üçündür. Ölkənin bu vəziyyətini nəzərə almalıyıq.

1news.az

Paylaş:
593

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər