Bakı “Formula-1” yarışının parlaq rəngləri – FOTO –VİDEO | 1news.az | Xəbərlər
FORMULA 1

Bakı “Formula-1” yarışının parlaq rəngləri – FOTO –VİDEO

13:29 - 23 / 06 / 2016
Bakı “Formula-1” yarışının parlaq rəngləri – FOTO –VİDEO

Bakı “Formula-1” Avropa Qran-prisi parlaq şəkildə keçirildi.

1news.az-ın verdiyi xəbərə görə, bu dəfə Qərb mətbuatı da xəsislik etməyərək təşkilatçıların səylərini yüksək qiymətləndirdi. İstər “kral yarışları” həvəskarları, istərsə də rəngarəng tədbir həvəskarları üçün üç gün keçirilən Qran-pri çoxlu sayda müsbət emosiyalar bəxş etdi.

Yüksək sürət, yeni rekordlar, bolidlərin nəfəskəsən səs-küyü, dünya ulduzlarının iştirakı ilə rəngarəng şou – bütün bunlar Bakıda keçirilən birinci Avropa Qran-prisində baş tutdu.         

Bakının yarış tarixində ilk dəfə olaraq keçiriləcək “Formula-1” yaxınlaşdıqca gərginlik də artırdı. Bir səhvin nəticəsi çox ağır ola bilərdi. Daha çox təhlükəni tras oyadırdı ki, burada şəhər daxilində ən sürətli yol olmalı idi. Daha irəli gedərək qeyd etmək olar ki, Bakı trası sürətlə bağlı bütün rekordları üstələdi.

Bakının qeyri-adi trası yarışçıların, eləcə də tənqid etməyə fürsət axtaranların gözləntilərini üstələdi. Həftə sonunun başlanmasından öncə yarışçılardan şəhər trasının sürəti ilə bağlı sorğu aparıldı. Nümunə üçün, “McLaren Honda” komandasından olan Censon Batton potensial olaraq çıxış zonalarında üç təhlükəli yerlərin yoxluğundan narazı qaldığını bildirdi:

“İllərdir ki, avtodromların təhlükəsizliyinin artması ilə bağlı çalşırıq. Və bura gələndə görürük ki, 3-cü, 7-ci və 14-cüdən sonra döngələrdə ümumiyyətlə uçuş zonası yoxdu. Üçüncü döngədə tamamilə konfiqurasiyanı dəyişmək olar. 7-ci də isə TecPro-nun üç maneəsi var, ondan sonra isə – beton blok”.

Bir sıra yarışçılar isə pit-leynə paralel çıxışın yüksək sürətini tənqid ediblər. Pit-leyndə sürət həddi 60 km/saatla məhdudlaşdırılıb, lakin bir çoxları deyir ki, yolun konfiqurasıyası bu cürdür – buna yanaşmaq lazımdır. Gələcək qalib “Mercedes”-in pilotu Niko Rosberq isə bildirib ki, Azərbaycan paytaxtındakı yollar “həqiqətən də yaxşı görünmür”.

Lakin yarışdan da göründüyü kimi pilotların bütün narahatlıqları əbəs çıxdı. Üç gün keçirilən yarış müddətində bir dənə də təhlükəli hadisə və qəza baş vermədi. Pilotlar texniki nasazlıq və ya öz səhvlərindən məsafədən kənar düşürdülər.

Yarışdan dərhal sonra elə həmin Niko Rosberq Bakı trası ilə bağlı heyranlığını bildirdi:

“Mən Bakıya bu cür isti qarşılama, eləcə də əla tras tikməkləri ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Burada yarış keçirmək maraqlı idi”.

Həmçinin Sebastian Fettel də öz heyranlığını gizlətmədi: “İnanılmaz trasdır, burada bir neçə sürətli döngələr həyata keçirdim!”

Bazar günü keçirilən yarışda isə Bakı trasında ən yüksək sürət qeydə alındı. “Mercedes”in pilotu Lyuis Hemilton 364 km/saat sürətlə bolidi idarə edirdi. Bununla yanaşı, Ümumdünya Avtomobil Fedürasiyasının rəsmi protokolunda şənbə günü polotların ixtisaslaşması zamanı “Williams”-dan olan Valtteri Bottos trasda 366,1 km/saat sürətlə rekordu təzələdi.

“Williams” komandası bildirir ki, Valtteri Bottos ixtisaslaşma zamanı 378 km/saat sürətlə gedib ki, bu da bütün “Formula-1” tarixində mütləq rekord hesab edilir. Daha əvvəlki rekord 2005-ci ildə Monsada “McLaren” komandasından olan pilot bolidi 372 km/saat sürətə çatdırarkən təyin edilmişdi. Ən tez dairəni isə qalib Niko Rosberq – 1:46.485 ilə göstərdi. Bu, 48-ci dairədə baş verdi. Pilotun orta sürət həddi 202,946 km/saat idi.

Beləliklə, bütün ehtiyat tədbirlərinə baxmayaraq Bakıda ilk dəfə keçirilən “Formula-1” Qran Pri istər yarışçılar, istərsə də şəhərin qonaqları üçün yalnız müsbət təəssüratlar oyatdı.

1news.az

Paylaş:
958

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər