Brexit: Böyük Britaniyanın Aİ-dən çıxması nəhəng neft oyunçularına necə təsir edəcək?
İyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqından (Brexit – Britain Exit) çıxması ilə bağlı keçirilən refendum ayrılma tərəfdarlarının qələbəsi ilə başa çatdı.
Avropa İttifaqından (Aİ) çıxmaq üçün 51,9% lehinə, 48,1% isə əlehinə səs verib. Aİ-də üzvlüyün tərəfdarı olan İngiltərənin baş naziri Devid Kemeron referendumun nəticələrinin açıqlanmasından dərhal sonra istefasını bəyan etdi.
Britaniya cəmiyyətinin qərarı dünya iqtisadiyyatına dərhal təsir etdi. Reuters-in məlumatına görə, avronun ABŞ dollarına qarşı məzənnəsi 3,5% endi. İnvestorlar ənənəvi olaraq təhlükəsiz aktiv olan qızıl və yenə yatırım etməyə üstünlük verdi. Brent markalı neft 6,27% azalaraq 47,72 dollara düşdü. Gözlənilən kimi ABŞ dolları bu fonda artdı.
London İqtisadi Məktəbi nəzdində İqtisadi Mərkəzin göstəricilərinə görə, uzunmüddətli perspektivdə Aİ ilə ticarət həcminin aşağı düşməsi İngiltərəyə ÜDM-in 9,5%, xarici investisiyaların azalması isə - ÜDM-in 3,4% və hətta daha çox başa gələcək.
Enerji bazarının iştirakçıları vəziyyəti diqqətlə izləyirlər.
Britaniyanın neft nəhəngi British Petroleum (BP) referendumun nəticələri açıqlanandan dərhal sonra İngiltərə və Aİ-nin rəsmi şəxsləri ilə Britaniyanın çıxışı ilə bağlı proseslər üzrə danışıqlar aparacağını bəyan etdi.
“Bu qərarın nəticələrinin necə olacağı ilə bağlı detallarla danışmaq hələ tezdir. Lakin qeyri-müəyyənlik bizimki kimi biznesin xeyrinə olmur”, - Londondan şirkətin bəyanatında qeyd olunur.
“Bununla belə, hazırda BP-nin fəaliyyəti və ya Britaniyadakı, eləcə də kontinental Avropadakı investisiyalara, həmçinin mənzil qərargahımız və ya əməkdaşlarımızla əlaqədar əhəmiyyətli təsirlə bağlı hər hansı bir şey gözləmirik”, - Fuel Fix nəşri şirkətin bəyanatından sitat gətirir.
Şirkətin cari rəhbərliyinin mövqeyi
İngiltərənin Aİ-dən ayrılmasının əlehinə olan Böyük Btitaniyanın bir çox sahibkarlarından biri BP-nin baş direktoru Bob Dadli Brexit-in nəticələri ilə bağlı fikirlərini belə bildirib:
“Siyasi, sosial və iqtisadi dəyişikliklər - dünyada baş verənlər qeyri-adi dəyişikliklərin göstəricisidir. Əlbəttə ki, biz bunu öz sahələrimizdə də hiss edirik”, - Fuel Fix Dadlinin sözlərindən sitat gətirir.
Səsvermə ərəfəsində Dadli bəyan edib ki, Böyük Britaniya Aİ-ni tərk edərsə, bu, iqtisadi tənəzzül dövrü olacaq. Onun proqnozlarına görə, bu, Londonda işsizliyin sayının artmasına gətirib çıxaracaq.
Dadli həmçinin bəyan edib ki, qlobal neft bazarı ilin sonunda balanslaşacaq, lakin “bəzi durğun anlar” var ki, bunun üzərində işləmək lazımıdır.
Əvvəlki rəhbərliklər bu haqda nə düşünür?
İngiltərənin Aİ-də qalmasının tərəfdarı olan BP-nin sabiq baş direktoru Con Braun da həmçinin ötən cümə axşamı günü bəyan etdi ki, Britaniya Aİ-dən çıxarsa heç vaxt bərpa olmayacaq.
“İnanıram ki, sağlam fikir İngiltərə əhalisinə Aİ-də qalmağı diktə edəcək. Ayrılma qərarından sonrakı qeyri-müəyyənlik o qədər yüksəkdir ki, çox güman, bundan sonra heç vaxt bərpa olmayacağıq”, - Braun CNBC telekanalına səsvermə günü deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı tərkibindən çıxmağın tərəfdarları Böyük Britaniyanın müstəqilliyinin kifayət qədər olmaması faktorunu şişirdirlər:
“Avropa İttifaqından çıxmaq həmçinin Avropa üzrə millətçilik meyllərinə də təhrik edəcək ki, bunun da pis nəticələri olacaq”, - deyə o, bildirib.
Braun həmçinin qeyd edib ki, çıxmaqla bağlı referendumdan sorakı qeyri-müəyyənlik kapital dəyərinin artmasına və İngiltərə iqtisadiyyatına qloballaşmanın təsirini pisləşdirə bilər.
Brexit-dən BP və Shell üçün qısamüddətli mənfəət
Britaniya şirkəti BP və Royal Dutch Shell holland-ingilis nef-qaz şirkəti və ya ən azından onların investorları çox güman ki, İngiltərədə referendumun nəticələrindən sonra uduşlu vəziyyətdədirlər, bu haqda Wall Street Journal (WSJ) yazır.
Referendumun nəticələri açıqlanandan dərhal sonra nəhəng neft şirkətlərinin səhmləri 8%-dən çox ensə də, tez bir zamanda qiymətlər bərpa olundu. WSJ-də qeyd edildiyi kimi, BP-nin səhmləri 2,6%, Shell-in səhmləri isə 1,4%-ə artdığı anda, Amerikanın Exxon Mobil və Chevron kimi şirkətlərinin səhmləri müvafiq olaraq 2,2% və 1,9% endi.
WSJ-in maliyyə analitiklərinin fikrincə, Londonda yerləşən nəhəng Britaniya şirkətlərinin səhmlərinin yüksəlməsinin səbəbi zəifləyən funtla ödənilsə də, gəlir dollarla hesablanır.
“Aydındır ki, qısamüddətli dəyişkənlik dövrü başlayacaq. Lakin uzunmüddətli perspektivə diqqət yetirənlər üçün bunun alış (bir sıra şirkətlərin səhmlərinin) üçün əla fürsət olduğunu görürürük”, - enreji sahəsində çalışan və investisiya benkinqi ilə məşğul olan Tudor Pickering-in analitiki bəyan edib.
Tudor Pickering’s-dan Dana Pikerinqin fikrincə, BP və Shell üçün Brexit-in neftə təsiri böyük əhəmiyyət kəsb edir.
Deutsche Bank proqnozlaşdırır ki, Brexit 2017-ci ildə dünya iqtisadiyyatının 0,2% enməsinə gətirib çıxaracaq. Bu, gün ərzində neftin bir barrelinə 100 mindən az tələb deməkdir.
Lakin, analitiklərin fikrincə, həcmlərin bu enişi bazara fundamental olaraq təsir etməyəcək. Belə ki, neft hasilatının nəqli ilə bağlı OPEK-in əsas oyunçularının mövqeləri, bazarlara təchizat sabitliyi, eləcə də Çin və Hindistanın iqtisadi perspektivləri kimi digər faktorlar daha çox təsir edəcək.
1news.az