Azərbaycan XİN-i İstanbulda baş verən teraktın qurbanları arasında azərbaycanlıların olub-olmamasını araşdırır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN-i İstanbulda baş verən teraktın qurbanları arasında azərbaycanlıların olub-olmamasını araşdırır

09:54 - 29 / 06 / 2016
Azərbaycan XİN-i İstanbulda baş verən teraktın qurbanları arasında azərbaycanlıların olub-olmamasını araşdırır

Rəsmi Bakı İstanbulun Atatürk hava limanında baş verən terror aktı nəticəsində ölənlərin və yaralananların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması faktını araşdırır.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Hikmət Hacıyev açıqlama verib.

“Hal-hazırda Baş Konsulluğumuz Türkiyənin rəsmi strukturları ilə birgə bu məsələni araşdırır”, - deyə H.Hacıyev əalvə edib.

1news.az

Paylaş:
1012

Son xəbərlər

Bütün xəbərlər