Fransalı deputat: Nədənsə Roşbluan Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara səs vermədi | 1news.az | Xəbərlər
Siyasət

Fransalı deputat: Nədənsə Roşbluan Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara səs vermədi

14:54 - 30 / 06 / 2016
Fransalı deputat: Nədənsə Roşbluan Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara səs vermədi

Dünən Fransa Milli Assambleyasının Xarici İşlər Komissiyasının növbəti iclası olub.

1news.az-ın verdiyi məlumata əsasən, iclasın gündəliyində deputat Fransua Roşbluanın hazırladığı və baxılmaq üçün Komissiyaya təqdim etdiyi  “Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında” qətnamə layihəsi vardı.

Komissiya üzvləri tərəfindən fəallıqla müzakirə olunan qətnamə layihəsi  demək olar ki, yekdilliklə rədd edilib.

Azərbaycanın Dostları Assossiasiyasının prezidenti, deputat  Jan Fransua Mansel bu barədə Bəyanat verib.

Bəyanatda deyilir:

“Deputat Roşbluanın “Fransa ilə Azərbaycan arasında əlaqələrə yenidən baxılması haqqında” Milli Assambleyanın Xarici İşlər Komissiyasına təqdim etdiyi Qətnamə layihəsinin qəbulolunmaz hesab edilərək rədd edilməsi haqqında Komissiyanın  qəbul etdiyi məsuliyyətli  qərarı alqışlayıram. Təklif olunan Qətnamə layihəsində Azərbaycan və Fransa arasında mövcud olan yüksək səviyyəli diplomatik əlaqələrə və xalqlarımız arasındakı dərin dostluq münasibətlərinə kölgə salmağa cəhd olunurdu.

Xarici işlər Komissiyası Dağlıq Qarabağ  üzrə məlumatlandırma missiyasının yaradılması haqqında qərar qəbul etdi. Əminəm ki, bu missiya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dair haqlı tələblərini  obyektiv şəkildə ortaya qoymaq imkanları yaradacaq. Roşbluan komissiya üzvləri arasında özünün hazırladığı  qətnamə layihəsinə səs verən yeganə deputat oldu və çox təəccüblüdür ki, Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara isə heç özü də səs vermədi. Heç şübhəsiz, bu qərar onun mütəmadi olaraq Azərbaycana qarşı təşkil etdiyi qarayaxma kampaniyalarının məramına  uyğun deyil.

Bu axşam qəbul olunan qərardan qazanan Fransa - Azərbaycan dostluğu oldu”.

1news.az

 

Paylaş:
465

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər