Rusiyanın XİN rəhbəri Bakı və İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın XİN rəhbəri Bakı və İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək

16:38 - 30 / 06 / 2016
Rusiyanın XİN rəhbəri Bakı və İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın XİN rəhbəri Serqey Lavrov Dağlıq Qarabağ münqişəsinin həlli çərçivəsində iyulun 4-də İrəvana, sonra isə Bakıya səfər edəcək. 

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Elmar Məmmədyarov alman həmkarı Frank-Volter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

S.Lavrovun səfəri haqda razılaşma Azərbaycan və Ermənistan prezidentlərinin iyunun ortasında Sankt-Peterburqda keçirilən görüşü zamanı əldə edilib.

Nazir sözlərinə əlavə edib ki, yaxın zamanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü baş tutacaq:

 “Növbəti görüşün Parisdə keçirilməsilə bağlı Fransa tərəfinin təklifi var. Biz bunun əlehinə deyilik. Əsas danışıqların predmeti davam etsin və nəticələr əldə edilsin”.

1news.az

 

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər