Elmar Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqların nəticəsini görmək istəyir | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqların nəticəsini görmək istəyir

17:01 - 30 / 06 / 2016
Elmar Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqların nəticəsini görmək istəyir

Azərbaycan Dağlıq Qarabağın sülh yolu ilə həllinin tərəfdarıdır, lakin danışıqların nəticəsini görmək istəyir.

1news.az-ın verdiyi məlumata əsasən, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib: “Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin danışıqların danışıq naminə getməsini istəmirik. Onların nəticəsini görmək istəyirik”.

Nazir Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirərək, tərəflərin konkret sənəd üzrə məzmunlu danışıqlara başladığını bildirib.

Qeyd edək ki, iyunun 30-u Bakıda Elmar Məmmədyarovla almaniyalı həmkarı Frank-Valter Ştaynmayerin birgə mətbuat konfransı baş tutub.

Rusiyanın münaqişənin həllində rolu ilə bağlı sualı cavablandırarkən, nazir RF-nın Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsində vacib rol oynadığını və Azərbaycanın yaxın tərəfdaşı olduğunu qeyd edib.

“Azərbaycanın Rusiyadan silah alması, ölkənin münaqişə vəziyyətində olması ilə bağlıdır. Azərbaycan digər dövlətlərdən də silah alır.

Ümid edirəm ki, münaqişənin həlli ilə bağlı dərin məzmunlu danışıqlar davam edəcək və biz onların nəticə verəcəyinin şahidi olacayıq”, - deyə, nazir əlavə edib.

1news.az

 

Paylaş:
537

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər