Ukrayna prezidenti Azərbaycana rəsmi səfərə gəlir
Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.
1news.az-ın məlumatına görə, səfərlə bağlı xəbər Ukrayna prezidentinin administrasiyasının saytında yerləşdirilib.
Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.
Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.
Səfər zamanı Poroşenkonun məşhur Ukrayna şairi taras Şevçenkonun Bakıdakı abidəsini ziyarət edəcəyi də gözlənilir.
1news.az