Azərbaycanla İran arasında “Xudafərin” və “Qız Qalası”na dair saziş təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla İran arasında “Xudafərin” və “Qız Qalası”na dair saziş təsdiq edilib

22:55 - 11 / 07 / 2016
Azərbaycanla İran arasında “Xudafərin” və “Qız Qalası”na dair saziş təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanunda deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin”.

1news.az

 

Paylaş:
911

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər