İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi
Prezident İlham Əliyev Monteneqronun prezidenti Filip Vuyanoviçi ölkənin milli bayramı münasibətilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən veridiyi məlumata əsasən, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram”.
1news.az
553