Həmsədrlər bölgəyə səfər etmək niyyətindədirlər
ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə bölgəsinə səfər etmək istəyirlər, lakin səfərin dəqiq vaxtı müəyyən edilməyib.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya təmsilçisi İqor Popov deyib.
Həmsədrlərin son səfəri aprelin 5-i bölgədə baş verən gərginlikdən sonra baş tutub.
“Əlbəttə biz səfər edəcəyik, lakin dəqiq tarix hələ yoxdur. Bu tərəflər ilə müzakirə edilir. Bazar ertəsi günü Vyanada Minsk qrupunun planlı toplantısı keçirilib. Bu görüş, həmsədr ölkələrin son vasitəçilik səylərinə və Sankt-Peterburq sammitinin nəticələrinə həsr olunub”, - deyə, Popov qeyd edib.
Onun sözlərinə görə, görüşdə fransalı və amerikalı həmkarları Fransua Ollandın və Con Kerrinin bu barədə nə müzakirə etdiyi haqda bölüşüblər.
“Bundan əlavə, biz gələcək vasitəçilik missiyamızı necə quracağımız haqda söhbət etdik”, - deyə, Popov əlavə edib.
1news.az