Baş nazirin müavininə Yaponiyanın geniş lentli “Gündoğar” ordeni təqdim edilib | 1news.az | Xəbərlər
Siyasət

Baş nazirin müavininə Yaponiyanın geniş lentli “Gündoğar” ordeni təqdim edilib

23:03 - 13 / 07 / 2016
Baş nazirin müavininə Yaponiyanın geniş lentli “Gündoğar” ordeni təqdim edilib

İyulun 13-də baş nazirin müavini Abid Şərifova Yaponiya hökumətinin 2016-cı il Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatının təqdim olunması mərasimi keçirilib.

Xatırladaq ki, cari ilin aprelində Yaponiya Hökuməti 2016-ci ilin Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatı ilə təltif olunan 91 xarici şəxsin adını elan etmişdi. Azərbaycan Respublikası baş nazirinin müavini A.Şərifov da təltif olunanlar arasındadır.

Baş nazirin müavini Yaponiya-Azərbaycan dostluq münasibətlərinin, xüsusilə iqtisadiyyat sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün verdiyi töhfələrə, eləcə də iki ölkə arasında qarşılıqlı anlaşmanın təşviqinə görə geniş lentli “Gündoğar” ordeni ilə təltif olunub.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi tədbirdə çıxış edərək bildirib ki, A.Şərifov Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri kimi hər zaman iki ölkə arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsinə çalışıb, dəfələrlə Yaponiyaya səfər edib.

Qeyd olunub ki, geniş lentli “Gündoğar” ordeni Yaponiyanın xarici vətəndaşlara təqdim etdiyi mükafatlar arasında ən ali səviyyəlisidir. Bu orden 2016-c il bahar mövsümündə təltif edilmiş 91 nəfərdən yalnız yeddisinə təqdim olunub. Təltifnamə İmperator Akihito və baş nazir Şinzo Abe tərəfindən imzalanıb.

Baş nazirin müavini A.Şərifov bu yüksək dövlət mükafatına görə Yaponiya hökumətinə təşəkkür edib. Dəfələrlə Yaponiyada olduğunu deyən baş nazirin müavini yapon xalqının qonaqpərvərliyindən, zəhmətsevərliyindən söz açıb. Bildirib ki, Yaponiyanın ən böyük sərvəti məhz onun insanlarıdır.

Baş nazirin müavini ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə dərinləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri əlaqələrimizi daha da möhkəmləndirdi və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdi.

A.Şərifov Yaponiya kreditləri hesabına Azərbaycanda həyata keçirilən layihələrin önəmindən də bəhs edib. O, Yaponiya hökumətinin ölkəmizdə müxtəlif sahələrdə kadrların hazırlanmasına verdiyi dəstəyi, yapon şirkətlərinin fəaliyyətini xüsusi vurğulayıb.

AZƏRTAC

 

Paylaş:
373

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər