Əli Həsənov: “Azərbaycan prezidenti Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib” | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Azərbaycan prezidenti Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib”

15:35 - 16 / 07 / 2016
Əli Həsənov: “Azərbaycan prezidenti Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib”

"Prezident İlham ƏliyevTürkiyədə baş vermiş hadisədən ciddi narahat olub, dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib".

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib, yaşanan proseslərdən dərin narahatlıq keçirib.

"Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dərələndirib", deyə açıqlamada qeyd olunub.

Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.

"Azərbaycan dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib" deyə, bildirib.

"Cənab İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevriliş cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləmiş, onların yaxınlarına başsağlığı verib, bütün yaralılara şəfa arzulayıb" deyə Həsənov qeyd edib .

1news.az

Paylaş:
593

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər