Azərbaycan XİN: Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi narahat etdi və sarsıtdı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN: Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi narahat etdi və sarsıtdı

11:20 - 16 / 07 / 2016
Azərbaycan XİN: Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi narahat etdi və sarsıtdı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. Bu, demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır.

Qardaş Türkiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşacağına əminliyimizi ifadə edirik”.

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər