Meksikanın tanınmış qəzeti Njde Qareginə ucaldılmış heykələ görə Ermənistanı qınayıb
Ermənistanın Njde Qareginin timsalında faşizmin dövlət səviyyəsində qəhrəmanlaşdırılması siyasətinə dair Meksikanın tanınmış və geniş oxucu kütləsinə malik ingilisdilli “The News” qəzetində “Monsterə Qiymət” (“Tribute to a Monster”) başlıqlı məqalə dərc edilib.
Bu haqda 1news.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məqalədə İkinci Dünya Müharibəsi zamanı nasistlərin komandanlığı altında fəaliyyət göstərən hərbi hissəyə rəhbərlik etmiş erməni millətçi Njde Qareginin şərəfinə Ermənistanın paytaxt Yerevan şəhərində ziddiyyətli bir “abidə” ucaldıldığı qeyd edilərək, bunun beynəlxalq qınağa səbəb olduğu bildirilib.
Həmçinin məqalədə Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən abidənin acılısında iştirak etdiyi qeyd edilərək, Njde Qareginin ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpağı olan Zəngəzurda etnik və mülki azərbaycanlı əhaliyə, habelə İkinci Dünya Müharibəsi illərində yəhudi və digər xalqlara qarsı kütləvi qətllərdə iştirak etdiyi diqqətə çatdırılıb. Onun 30 minlik erməni legionunu Nasizm komandanlığı altında birləşdirdiyi qeyd edilərək, bu legionun Krım yarımadası və Qafqaz regionunda Sovet ordusuna qarsı, bir bölməsinin isə Fransanın cənubunda müttəfiq qoşunlara qarşı döyüşdüyü bildirilib.
Mövzu ilə əlaqədar oxuyun:
Hikmət Hacıyev: "Faşizmin qəhrəmanlaşdırılması ilə Ermənistan rejimi əsl mahiyyətini göstərir"
Eləcə də, məqalədə adıçəkilən abidənin nasizm qurbanlarının xatirəsinə bir təhqir olduğu qeyd edilərək, erməni siyasi rəhbərliyinin Njde Qaregini qəhrəmanlaşdırdığı, habelə onun adına küçə, xiyaban, metro stansiyası və kənd adı verildiyi bildirilib.
Məqalədə həmçinin, Njde Qareginin nasizm ideologiyası əsasında irqçi və şovinist Tsexakronizm təliminin yaradıcısı olduğu yazılıb.
1news.az