Ağdam və Tərtərdə xeyli sayda partlamamış hərbi sursat və mina aşkar edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ağdam və Tərtərdə xeyli sayda partlamamış hərbi sursat və mina aşkar edilib – FOTO

11:31 - 19 / 07 / 2016
Ağdam və Tərtərdə xeyli sayda partlamamış hərbi sursat və mina aşkar edilib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 18-də Ağdam rayonunun Mahrızlı kəndi ərazisindəki əkin sahəsində 7 partlayış yerinə baxış keçirib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 min kvadratmetr ərazi yoxlanılıb.

1news.az-ın ANAMA-ya istinadən verdiyi xəbərə görə, həmin gün Tərtər rayonunun Həsənqaya kəndində də bir ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA mütəxəssisləri tərəfindən aprelin 7–dən iyulun 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib.

Baxış zamanı 1591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəb və digər obyektlərin yerləşdiyi ərazilərdə də əməliyyatları davam etdirirlər.

1news.az

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər