Rasim Müsabəyov: Vətəndaşların təhlükəsizliyini təmin edən bütün güclərin yüksək hazırlıq vəziyyətini dəstəkləmək lazımdır
1news.az-ın politoloq, Milli Məclisin deputatı Rasim Musabəyovla müsahibəsi:
- Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Qazaxıstan və Ermənistanda da silahlılar nəinki ictimai asayişi pozdu, eləcə də siyasi tələblər irəli sürdü. Dünən isə Ukraynada məşhur jurnalist Pavel Şermet öldürüldü. Sizcə bütün bu hadisələrin bir-birilə əlaqəsi varmı?
- Bütün bu hadisələrdə əlaqə görmürəm. Bu hadisələrin eyni zamanda baş verməsini də söyləmək olmaz.
- Türkiyədə baş verən hadisələr qonşu dövlətlərdə oxşar prosesləri fəallaşdıra bilərmi?
- Düşünmürəm. Əgər Türkiyədə hərbi çevrilişdən sonra bu, Qazaxıstan, Ermənistan və Ukraynada həyata keçirilsəydi, o zaman bunun yoluxucu nümunə olduğunu söyləmək olardı. Birilərində bu – islamçıların, digərlərində - öz yolu ilə gedən Ukrayna siyasətidir, o birilərin də isə - tamamilə başqa, erməni siyasi həyatıdır. Burada heç bir əlaqəni axtarmazdım.
- Əgər bu hadisələr bir-biri ilə əlaqəli deyilsə, o zaman nə üçün bu, Rusiyada narahatlıq doğurur? Rusiya prezidentinin mətbuat katini Dmitri Peskov bəyan edib ki, Kreml Türkiyə, Qazaxıstan və Ermənistanda yaranan “burulğan təzahürlərindən” narahatdır və vəziyyəti diqqətlə izləyir. Hətta kimlərsə bunda ABŞ-ın “görünməz əlini” də görüb.
- Elə yazırlar, sanki ABŞ-da oturub düşünürlər ki, bütün ölkələri Rusiyaya qarşı necə yönəldək, düşünürəm ki, bu, fobiyadır. Konkret sübutlar yoxdur.
- Bəzi şərhçilər bu hadisələrlə ölkəmiz qarşısında yaranan risklərdən danışırlar. Ölkə təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı gələcək işlər nə dərəcədə vacibdir?
- Biz, hər zaman bununla bağlı çalışırıq. Ətrafında baş verən proseslərə reaksiya göstərərkən zaman itirə bilərsən. Bu cür tədbirlərlə, radikal fəaliyyətə meyilli qrupların prafilaktikası, vətəndaşların təhlükəsizliyini daimi olaraq təmin edilməsi, cinayətkarlığın dəf edilməsilə sistemli olaraq çalışmaq lazımdır.
Təəssüflər olsun ki, bu mənada dünya çox təhlükəli olub. Gah kimsə Almaniyada balta ilə vətəndaşlara hücum edir, gah Fransada terror aktı olur, gah da Türkiyədə bu cür hadisələr.
Bütün bunlar bu gün vətəndaşların təhlükəsizliyini təmin edən bütün güclərin yüksək hazırlıq vəziyyətinin dəstəklənməsini vacibliyini bildirir.
- İrəvanda Post Patrul Xidməti (PPX) binasının tutulması hadisəsi Ermənmistanda hansı nəticələrə gətirib çıxara bilər?
- Oradakı hadisələr açılmağa başlayır. Belə ki, əvvəl bu, PPX-yə hücum olunmuş terror aktı kimi qiymətləndirilirdisə, indi isə oraya onları dəstəkləyən kifayət qədər əhali toplaşıb. Əgər hadisələr bu istiqamətdə davam edərsə, bu, Serj Sarkisyan rejimi üçün gözlənilməz nəticələr verə bilər.
- Bu hadisələr İrəvanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesini çətinləşdirə bilərmi?
- İlkin vaxtlarda bu, təklif edilirdi. Buna görə də hökumət ilk vaxtlarda qərarlı addım atmırdı. İndi isə bu, onların özü üçün pis sonluqla nəticələnəcəyini hiss edirlər. Yaxın zamanlarda bu vəziyyət tükənməlidir, yoxsa Ermənistam rəhbərliyi üçün ciddi təhlükə yarada bilər.
- Türkiyədə baş verən hadisələri necə qiymətləndirirsiniz?
- Hansısa məqamda vətəndaş hökuməti hadisələrə nəzarəti tamamilə öz əlinə almışdı. Əgər bir tərəfdən həbs olunub, digər tərəfdən azadlığa buraxılırsa, o zaman günahkar kimdir?
Eyni zamanda türk hökuməti başa düşməlidir ki, Türkiyə ətrafında kifayət qədər təhlükə var. Sabitlik və vətəndaşların rahatlığını təmin etməyin ən yaxşı üsulu – bu, hər yerdə qanuniliyi təmin etməkdir. Hökumətin hərəkəti əlbəttə ki, qisas və özbaşınalıq kimi görünməməlidir.
1news.az