Arnold Şvarseneqqerin qızı İrina Şeyki kölgədə qoya bilər - FOTO
Arnold Şvarseneqqerin 26 yaşlı qızı – Ketrin atasının şöhrəti hesabına istənilən sahədə karyera qura bilərdi, lakin atasının nə pulunda, nə də şöhrətində onun gözü yoxdur.
O, həyatdakı hər şeyə özü nail olub. Bu dəfə Ketrin özünü model sahəsində sınamaq qərarına gəlib. Bir müddət əvvəl sosial şəbəkələrdə onun gəlinlik paltarda olan fotossesiyasının ilk kadrları yayılmışdı.
Ketrinin pərəstişkarları inanılmaz cazibədar və incəliyə sahib olduğunu vurğulayıblar. Hətta bəziləri təklf edib ki, Ketrin bu istiqamətdə işini davam etdirərsə tez bir zamanda İrina Şeyki kölgədə qoya bilər.
Model sahəsində ilk adımlarını atan Ketrinin debüt kadrlarına birlikdə baxmağı təklif edirik.
1news.az
936