Bakıda mənzildə əxlaqsızlıq yuvası aşkar edilib
Bakıda mənzillərin birində əxlaqsızlıq yuvası aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nurlan Qaraxanovun gəlir əldə etmək məqsədi ilə Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
1news.az
672