İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah-sursatın saxlanılması qaydaları təsdiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah-sursatın saxlanılması qaydaları təsdiq edilib

23:30 - 27 / 07 / 2016
İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah-sursatın saxlanılması qaydaları təsdiq edilib

Nazirlər Kabineti “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nı təsdiq edib.

1news.az-ın AZƏTAC-a istinadən verdiyi xəbərə görə, bu Qayda İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanan və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarını müəyyən edir.

Sənəddə inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının uçotu, saxlanılması, təhvil verilməsi, habelə onların saxlanılmasına nəzarət qaydaları və bunun üçün nəzərdə tutulan məsuliyyət əksini tapıb.

1news.az

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər