Silahlı Qüvvələrin kadr orqanı işçilərinin təlim-metodiki toplantısı keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrin kadr orqanı işçilərinin təlim-metodiki toplantısı keçirilib

15:46 - 28 / 07 / 2016
Silahlı Qüvvələrin kadr orqanı işçilərinin təlim-metodiki toplantısı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş toplantı keçirilib. 

1news.az-ın məlumatına görə, nüdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən keçirilən tədbirdə kadr orqanlarının Müdafiə Nazirliyində mühüm xidmət sahələrindən biri olduğu qeyd edilərək ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyi xüsusi vurğulanıb.

Bildirilib ki, müdafiə naziri Silahlı Qüvvələrdə kadrlar üzrə aparılan işi yüksək qiymətləndirir və komandanlıq tərəfindən qarşıya qoyulan bütün vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyi ifadə edilib.

1news.az

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər