ADIF ləğv edilmiş dörd bankın kompensasiyalarının həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF ləğv edilmiş dörd bankın kompensasiyalarının həcmini açıqlayıb

13:16 - 29 / 07 / 2016
ADIF ləğv edilmiş dörd bankın kompensasiyalarının həcmini açıqlayıb

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv edilmiş Dekabank, Kredobank, Parabank və Zaminbank-ın əmanətçilərinə ödənləcək kompensasiyaların həcmini açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.

Onun sözlərinə görə, “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 mln. 619 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 43 mln. 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir

Öz növbəsində isə, “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 mln. 206 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 27 mln. 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.

"Dekabank" ASC-də isə vəziyyət bu cürdür: fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

A.Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi avqustun 1-dən başlanılacaq.

Həmçinin A.Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq.

Daha əvvəl qeyd edildiyi kimi, iyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyaları ləğv olunub. Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.

İyulun 22-dən etibarən banklarda müvəqqəti inzibatçılıq təyin edilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2007-ci ilin 12 avqust tarixindən fəaliyyətə başlayıb.

Əmanətçilət ADIF haqqında lazımi məlumatı Bakı şəh. Bülbül prospekti 40 ünvanından, eləcə də, fondun rəsmi saytından və ADIF-ın qaynar xəttinə 941 və ya (+99412) 596-65-91/92 nömrəli telefonlara zəng etməklə əldə edə bilər.

Mövzu ilə əlaqədar oxuyun:       

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

1news.az

Paylaş:
883

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər