Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 42 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

13:38 - 05 / 08 / 2016
Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 6-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Meteoroloqların xəbərdarlığına görə, avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Azərbaycanın rayonlarında 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir.

1news.az

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər