Rusiya aviaşirkəti Bakıya yeni aviareyslər açır
Rusiyanın “Komiaviatrans” aviaşirkəti Sıktıvkar və Nijni Novqorod şəhərlərindən Bakıya yeni aviareyslər təşkil edəcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycana uçuşlar avqustun 25-dən başlayacaq. Uçuşlar “Embraer” tipli təyyarə ilə həyata keçiriləcək.
Sıktıvkardan cümə axşamı 12:10-da uçan təyyarə, Bakıya saat 18:15-də eniş edəcək. Sözügedən marşrut üzrə əks istiqamətdə reyslər cümə günləri olmaqla, Bakıdan saat 14:15-də yola düşəcək və 18:20-də Sıktıvkara çatacaq. Sıktıvkar-Bakı aviareysi üzrə bir tərəfə biletin qiyməti 435 manat (18 min rubl) təşkil edir.
Nijni Novqoroddan Bakıya olan aviareys isə cümə axşamı günü Bakıdan saat 19:15-də yola düşəcək təyyarə, saat 21:00-da Nijni Novqoroda enəcək. Əks istiqamətdə isə cümə günü Nijni Novqoroddan 09:30-da yola düşən təyyarə, Bakıya saat 13:15-də çatacaq. Bu istiqamətdə isə biletin qiyməti 411 manat (17 min rubl) təşkil edəcək.
1news.az