İspaniyada “terror zarafatı” 11 insanın yaralanmasına səbəb olub
İspaniyanın şərqindəki Girona şəhərində bir qrup alman gəncin keçirdiyi əyləncə tədbirində verilən terror həyəcanı təşvişə səbəb olub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, 200-ə yaxın gəncin iştirak etdiyi tədbir zamanı “bomba”, “atəş açırlar” deyə çığıran gəncləri görən qəsəbə sakinləri, turistlər həqiqətən də terror hücumu olduğunu güman edərək qaçmağa başlayıblar.
İnsanlar ətrafdakı restoranlardan və mağazalardan çıxaraq qaçmağa başlayanda əsl izdiham yaşanıb. Gənclərin bu zarafatı 11 insanın yaralanmasına səbəb olub.
Polis insanların təlaş keçirməsinə səbəb olan həmin gənclərin məhkəməyə sövq ediləcəyini bildirib.
1news.az
479