“Apple” şirkətindən elan: məhsullarda boşluq tapanlara 200 min dollar veriləcək
“Apple” şirkətinin nümayəndələri bəyan ediblər ki, onların istehsalı olan qurğuların fəaliyyətində səhvlərin tapılmasına görə kompüter mütəxəssislərinə 200 min dollara qədər məbləğ ödəməyə hazırdırlar.
1news.az ICTnews-a istinadən xəbər verir ki, belə addım şirkətin məhsullarının keyfiyyətinin artırılmasına xidmət edir.
Ödəniləcək məbləğ aşkar edilmiş problemin əhəmiyyətindən asılı olaraq dəyişəcək. “Apple” şirkəti hələ ki, yalnız indiyədək əməkdaşlıq etmiş ekspertlərlə işləyəcək. Ancaq yaxın gələcəkdə mobil texnologiyalar sahəsində başqa mütəxəssislərin cəlbi istisna edilmir.
1news.az
676