Yeni ixtira: telefonlar havada qalaraq enerji yığacaq
“AR Designs Canada” şirkəti tərəfindən ağacdan qutu formasında hazırlanmış enerjidoldurma qurğusu smartfon və planşetləri enerji ilə simsiz doldurur.
1news.az ICTnews-a istinadən xəbər verir ki, ağac qutu elektromaqnetizm sayəsində cihazları öz səthindən bir neçə santimetr hündürlükdə 600 qrama qədər qurğuları havada saxlayır.
Enerjidoldurma qurğusu iki variantda (smartfon və planşetlər) üçün təklif edilir.
Çatdırma dəstinə enerjidoldurma qurğusundan başqa, bir çox smartfon və planşet modellərini enerji ilə simsiz doldurmağa imkan verən futlyar daxildir. Futlyar “iOS” və “Android” sistemləri ilə işləyən qurğular üçün “Lightning” və ya micro-USB birləşdiricisiylə təchiz edilir. və yuxarı modellər dəstəklənir. Futlyarlar “Samsung”, “LG”, “Sony”, “Huawei”, “iPhone 5” şirkətlərinin aparatlarına uyğundur.
1news.az