ASAN xidmət mərkəzlərində “Azəriqaz”la bağlı 6978 müraciət öz həllini tapıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ASAN xidmət mərkəzlərində “Azəriqaz”la bağlı 6978 müraciət öz həllini tapıb

14:50 - 08 / 08 / 2016
ASAN xidmət mərkəzlərində “Azəriqaz”la bağlı 6978 müraciət öz həllini tapıb

Cari ilin iyul ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə “Azəriqaz”la bağlı ümumilikdə 6978 müraciət daxil olub.

1news.az-ın məlumatına görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb. 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

1news.az

 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər