ADIF: Lisenziyası ləğv edilən 4 bankın əmanətçilərinə 20 milyon manatdan çox kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: Lisenziyası ləğv edilən 4 bankın əmanətçilərinə 20 milyon manatdan çox kompensasiya ödənilib

16:48 - 08 / 08 / 2016
ADIF: Lisenziyası ləğv edilən 4 bankın əmanətçilərinə 20 milyon manatdan çox kompensasiya ödənilib

Lisenziyası ləğv edilən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 8,1 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 9,1 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 2,2 milyon manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 1,4 milyon manatdan çox kompensasiya ödənilib.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan  (ADIF) verilən xəbərə görə, ümumilikdə 4 bank üzrə 20,9 milyon manatdan çox kompensasiya ödənilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmələri mümkündür.

Mövzu ilə əlaqədar oxuyun:       

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

1news.az

Paylaş:
589

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər